“Böyük Dəbilqə”: Azərbaycanın 2 cüdoçusu finala yüksəlib

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib.

Komanda.az xəbər verir ki, Hidayət Heydərov (73 kq) və Zelim Tçkayev (81 kq) bütün rəqiblərini üstələyərək, həlledici görüşə vəsiqə qazanıblar.

Heydərov yarımfinalda özbəkistanlı Şaxram Əhədova qalib gəlib. Onun finaldakı rəqibi Moldova təmsilçisi Pyotr Pelivan olacaq.

Tçkayev isə final yolunda Özbəkistanın digər idmançısı Nurbek Murtozoyevi məğlub edib. Cüdoçumuz həlledici dueldə avstriyalı Şamil Borçaşvili ilə qarşılaşacaq.

Ötən gün kişilər arasında Yaşar Nəcəfov (66 kq) qızıl, qadınların mübarizəsində isə Leyla Əliyeva (48 kq) gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button