“Böyük Dəbilqə”: 2 cüdoçudan heç biri finala yüksələ bilmədi
Gürcüstanın paytaxtı Tbilisidəki “Böyük Dəbilqə”də Azərbaycanı 81 kq çəki dərəcəsində təmsil edən iki cüdoçudan heç biri finala yüksələ bilməyib.
Komanda.az xəbər verir ki, Zelim Tçkayev yarımfinalda Gürcüstan təmsilçisi Tato Qriqalaşviliyə, Elcan Hacıyev isə cənubi koreyalı Junhvan Liyə uduzub.
Bürünc medal qarşılaşmasında Tçkayev özbəkistanlı Şarofiddin Boltaboyevlə, Hacıyev italiyalı Titsiano Falkone ilə üz-üzə gələcək.
İlk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin