Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a uğurlar arzuladı

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Old “Qarabağ”a UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində “Tottenham”la bugünkü oyununda uğurlar arzulayıb.

Komanda.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib:

“Təkliflərinizi nəzərə alıb “Qarabağ”ın “Tottenhem”ə qarşı oyununu bu dəfə stadiondan deyil, evimdən izləməyə qərar verdim. Londona dördüncü dəfə səfər edən “Qarabağ”a uğurlar arzu edirəm!”

“Tottenhem” – “Qarabağ” matçı saat 23:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button