Böyük Britaniya hökumətindən “Çelsi”yə güzəşt

Böyük Britaniya hökuməti “Çelsi”nin əməliyyat lisenziyasında daha bir dəyişiklik edib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, dəyişiklikdə ana şirkətin nağd pul və likvidlik problemləri fonunda kluba 30 milyon funt-sterlinqə qədər vəsait daxil edilə biləcəyi qeyd olunub.
“Çelsi”nin təsisçisi klubun rusiyalı sahibi Roman Abramoviçə məxsus “Fordstam Ltd” şirkətidir.

Martın 10-da Böyük Britaniya hökuməti Abramoviçə qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən, London klubunun satılması prosesi başlayıb. Eyni zamanda, “Çelsi”yə futbolçu transferləri və müqavilələrin yenilənməsi də qadağan edilib.

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button