Böyü(k) adamlar
Kürşad
Çayxana
- Qağaaa, nətəərsən? Nə vaxtdı görünmürsən e. Evdə-eşiydə salamatlıxdı?
- Şükür, yaxşıdı hər şey. Səndə nə var, nə yox ee?
- Mənəm də, dolanırıq bitəhər. Qağaaa?..
- Hə.
- Bizim bu milli komanda nöş belə eliyir? Sən canın, o Lüxsemburqdu nədi, onnara uduzmağ nə idi? Xi-xi-xi-xi. Mən də ta “feyisbuk”da aktivəm axı. Baxıram, söküllər e “feyisbuk”da AFFA-da oturannarı.
- Hə e, Lüksemburqa uduzmaq biabırçılıq idi. Bizdə İsgəndər Cavadov, Nazim Süleymanov kimi futbolçular olanda, Lüksemburqda hələ futbol topu görməmişdilər bəlkə.
- Sən Allah, düz deyirsən? O qədər zəyif olublar da, hə?
- Həəə.
- Qağaaa.
- Hə.
- Bə o düzdü ki, bizim milli komandanın meydançaya çıxan fitbolçularını Elxan Məmmədovdu, kimdi, o seçir? Biri də var idi e… Adı nəydi e onun, Ris… Riş…
- Riad?
- Həə, ay sağ ol, Riad. Qağa, o kimdi ki heylə? Böyü adamdı?
- Yox e, nə böyü adam, “Sumqayıt” klubu var ha, onun prezidentidi.
- Bə o niyə milliyə barmax eliyir ki?
- Nə bilim, valla. Deyilənə görə “Sumqayıt”ın futbolçularına menecerlik edir, milli komandada oynayıb üzdə olmaları üçün Elxan Məmmədovla əlbirdi.
- Pay atonnan! Sən öl, “bardax”dı. Bə o baş məşqçi var e, italiyan, o nə işə baxır?
- Nə bilim e… Yəqin onu da çəkiblər öz tərəflərinə də.
- Hm…
- Nə oldu?
- Heş nə qağa, çayıvı iç, soyutma. Soyudusa, deyim təzəsini gətirsinnər.
- Yoo, yaxşıdı, sağ ol.
- Qağa, mən bir şeyi başa düşəmmirəm e. “Feyisbuk”da da oxuyuram, ha fikirrəşirəm, başa düşəmmirəm ki, “neujeli” AFFA-nın prezidenti var e, Rövnəğ, o bunnara bir söz deyə bilmir.
- Ayə, Allah evini tiksin, Rövnəqin futboldan xəbəri var? Odeyyy, bütün gün SOCAR-da, nə bilim, harda.
- Bunu bildim eee. Bə onda ölkənin rəhbərriyi var da, onnar niyə bu yazıxxx Rövnəğə 4-5 dənə ağır işi yükləyiblər? Valla, belə dərinnən fikirrəşəndə adamın yazığı gəlir lap.
- Yazığın gəlir? Sən gündə neçə saat işləyirsən?
- Neçə saat? Olar da, 13-14 saat.
- Ay sağ ol! Ayda nə qədər qazancın olur?
- Bilmirsən, qağaaa? Nə bilim, olar da, 400-500 manat. Arada yaxşı olanda 600 manata da çıxır.
- Bax, gördün indi yazığ kimdi? Gündə 13-14 saat işləyirsən, aldığın da 400-500 manatdı. Amma o yazığ dediyin adamlar var haa, əllərini, qollarını sallaya-sallaya gəzillər, ayda da azından iyirmi min, otuz min, nə bilim, bəlkə də, yüz min qazanıllar e.
- Qağa, baxma da, onnar gör harda işləyir. Onnarnan bizi bir tutma e, hamısı vəzifə adamıdı.
- Nə vəzifə? Sənin kimi insanların puludu e, hər ay onların ciblərinə gedir. Sən ona görə gündə 13-14 saat işləyib, ayda 400-500 manat alırsan ki, sənin pulun o adamların ciblərinə gedir.
- Yəni deyirsən Rövnəğ də, Elxan da bizim pulumuzu yeyir?
- Demirəm e, elədir.
- Burunnarından gəlsin onda, qağa, nə deyim başqa.
- Gəlsin, gəlsin.
- Qağaaa…
- Hə.
- Çay deyim?
- Denən.
- A kişi!.. Qağaaa!.. Eşitmir e, sən öl. Bir dənə bura baxun daaa… Bizə bir çaynik çay göndərin. Çox tünd olmasın haa, təzyiqim qalxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin