![](https://komanda.az/wp-content/uploads/2023/05/qvardiola-780x470.jpg)
Qvardiola: “Real”a qarşı inciklik yoxdur”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Real”ın sonuncu “qızıl top” mərasimini boykot etməsi ilə bağlı fikirlərini açıqlayıb.
Komanda.az xəbər verir ki, ispaniyalı çalışdırıcı mətbuat konfransında madridlilərə qarşı incik olmadığını bildirib:
“Real”a qarşı inciklik?” Belə bir şey ümumiyyətlə yoxdur. Vinisius Junior da əla il keçirdi. O, mükafata layiq idi. Bu, Kriştiano Ronaldo və Leonel Messinin “qızıl top” uğrunda mübarizə apardığı vaxtlara bənzəyirdi. Rodri üçün xoşbəxtəm və boykotu müzakirə etməklə vaxt itirmək istəmirəm”.
“Qızıl top”un qalibi yarımmüdafiəçi Rodri olub, Vinisius isə yarışı ikinci yerdə tamamlayıb.
“Mançester Siti” UEFA Çempionlar Liqasının pley-off mərhələsində bu gün “Real”la üz-üzə gələcək.
Bizi Facebook-da izləyin