“Sarışın olsaydım və sırğa taxsaydım, “Fənərbaxça”nın Maldinisi olardım”
Bosniya və Herseqovinanın “Çelik” klubunu çalışdıran Ümit Özat açıqlama verib.
Komanda.az xəbər verir ki, Türkiyə mətbuatına danışan Özat, futbolçu karyerası zamanı “Fənərbaxça”da forma geyindiyi dönəmdən danışıb:
“Fənərbaxça”da oynayan zaman bir oyunda üç məhsuldar ötürmə vermişdim, ondan sonra da demişdilər ki, klubun müdafiəçi problemi var. Onsuz da çirkin adamam, ancaq sarışın olsaydım və sırğa taxsaydım, “Fənərbaxça”nın Maldinisi olardım”.
“Çelik” klubunda azərbaycanlı futbolçu Elvin Yunuszadə forma geyinir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin