Bosniya və Herseqovinanın Azərbaycan millisi ilə oyunlar üçün heyəti açıqlandı
Futzal üzrə Bosniya və Herseqovina millisinin Azərbaycan yığmasına qarşı keçirəcəyi yoxlama matçları üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Qoran Melher toplanışa 18 futzalçı dəvət edib:
Bosniya və Herseqovina millisinin heyəti: Darko Milanoviç, Seyad İbrişimoviç, Samir Qosto, Edvin Bosniç (hamısı “Bubamara”), Davor Arnautoviç, Adnan Kalaydiç, Draqan Edi Mariç, Bilal Yeliç, Mario Aladziç, Amir Baruçij (hamısı “Mostar”), Yosip Sesar, Yosip Başkoviç, Senad Poraçanin (hamısı “Vrqoraç”, Xorvatiya), Muanis Duvnyak, Faruk Brkaniç (hər ikisi “Sarayevo”), Deyan Pavloviç (Brod), Srcan İvankoviç (“Torpedo”, Rusiya), Amer Deliç (“Sloqa Qornyi Vakuf”/”Uskoplye”).
Bosniya və Herseqovina komandası noyabrın 2-də oyunların keçiriləcəyi Zenitsa şəhərində toplaşacaq.
Oyunlar noyabrın 4-də və 5-də Zenitsa şəhərində yerləşən Huseyn Smayloviç adına arenada, yerli vaxtla saat 19:00-da start götürəcək. Azərbaycan millisi səfərə noyabrın 3-də çıxacaq.
Bizi Facebook-da izləyin