“Borussiya” keçmiş əməkdaşını geri qaytarıb
Futbol funksioneri Sven Mislintat Dortmund “Borussiya”sına qayıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya klubu mayın 1-dən Mislintatın texniki direktor vəzifəsini icra edəcəyini təsdiqləyib.
Mislintat bundan əvvəl 2006-17-ci illərdə “Borussiya”da müxtəlif vəzifələrdə çalışıb. Bundan sonra almaniyalı mütəxəssis “Arsenal”, “Ştutqart” və “Ayaks”da fəaliyyət göstərib. O, ötən ilin sentyabrından cəmi 4 ay çalışaraq, Amsterdam klubunu tərk edib.
“Borussiya” hazırda Almaniya çempionatının turnir cədvəlində 5-ci yerdədir. Komanda ötən həftə Çempionlar Liqasının yarımfinalına yüksəlib və rəqibi PSJ olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin