Almanlar “Çelsi”dən 30 milyon avro tələb edir – Kərim üçün
“Çelsi” hücumçu transferi ilə bağlı Dortmund “Borussiya”sı ilə danışıqlar aparır.
Komanda.az “Bild”-ə istinadən xəbər verir ki, Enzo Mareskanın baş məşqçi olduğu klub ötən mövsüm “Borussiya”nın Çempionlar Liqasının finalına yüksəlməsinə kömək edən Kərim Adeyemi ilə maraqlanır. Dortmundluların Adeyemi üçün “Çelsi”dən 30 milyon avro təzminat tələb etdiyi bildirilir. 22 yaşlı futbolçu İngiltərə Premyer Liqasına keçməyə hazırdır.
Adeyemi Almaniya Bundesliqasının son mövsümünü 3 qol və 1 məhsuldar ötürmə ilə başa vurub.
Almaniyalı futbolçu “Borussiya”da 2022-ci ilin yayından çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin