“Borussiya”nın sabiq hücumçusu Misir klubuna keçir
“Köln”ün və Dortmund “Borussiya”sının sabiq hücumçusu Antoni Modeste karyerasını Misir çempionatında davam etdirə bilər.
Komanda.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, 35 yaşlı fransalı forvard Misirin hazırkı çempionu və yerli çempionatın 43 qat qalibi “Əl-Əhli” ilə müqavilə imzalamağa yaxındır.
Modestenin karyerasının ən yaxşı mövsümü 2021/2022 mövsümü olub. O, həmin illərdə “Köln”lə bütün yarışlarda 35 matçda 23 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin