“Borussiya”nın sabiq baş məşqçisi Liqa 1 klubu ilə danışıq aparır

Almaniyanın “Borussiya” (Dortmund) klubunun sabiq baş məşqçisi Lusyen Favr Fransada çalışa bilər.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, “Marsel” 63 yaşlı mütəxəssisin xidmətində maraqlıdır. Klub rəhbərliyi müqaviləsi yayda başa çatacaq Andre Villaş-Boaşı Favrla əvəzləməyi planlaşdırır. Liqa 1 klubunun Favrla danışıqlara başladığı bildirilir. Mütəxəssisin yaydan etibarən komandanı çalışdırmağa razılıq verdiyi deyilir.

“Marsel” Villaş-Boaşın xidmətindən razı deyil və onunla müqaviləni yeniləməməyi qərara alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button