
“Borussiya”nın futbolçusu Almaniyanın başqa klubuna keçə bilər
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt Almaniyanın başqa klubuna keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Verder” almaniyalı futbolçunu transfer etməkdə maraqlıdır.
Brandtın keçidi yay transfer pəncərəsində mümkündür. Əsas maneə onun yüksək maaşı ola bilər.
28 yaşlı oyunçu 2019-cu ildən “Borussiya”da çıxış edir. Tərəflər arasında hazırkı müqavilənin müddəti 2026-cı ilin yayında başa çatacaq. O, bu mövsüm “arılar”ın heyətində 26 matçda iştirak edib, 3 qol vurub və 6 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin