“Borussiya”nın London səfərinə pasport əngəli
Almaniyanın “Borussiya” (Dortmund) klubu UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İngiltərə təmsilçisi “Tottenhem”lə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, dortmundlular bu rəqiblə ilk oyunu səfərdə keçirəcək. Amma Almaniya təmsilçisinin İngiltərənin paytaxtı Londona səfəri nəzərdə tutulan vaxtda reallaşmayıb. Buna komandanın gənc oyunçusu Ceydon Sançonun pasportu unudaraq evdə qoyması səbəb olub. Bu üzdən də 19 yaşlı ingiltərəli hücumçu sənədlərini götürmək üçün evə qayıtmağa məcbur olub. Nəticədə uçuşun, təxminən, yarım saat gecikdiyi bildirilir.
Qeyd edək ki, “Tottenhem” – “Borussiya” matçı fevralın 13-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Komandalar arasındakı cavab oyunu isə martın 5-də olacaq.
Bizi Facebook-da izləyin