Hummels İngiltərə klubuna keçə bilər

Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummels tezliklə İngiltərə Premyer Liqasına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Vest Hem” almaniyalı futbolçunu fəal şəkildə izləyir.

Hummels “Borussiya”dan ayrıldıqdan sonra azad agent statusu alıb. “Bolonya” artıq təklifini geri götürdüyünə görə, “Vest Hem”in Hummels üçün bir neçə variantdan biri olduğu bildirilir.

Hummelsin dekabr ayında 36 yaşı tamam olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button