
“Borussiya”dan ayrılan hücumçu Niderland klubunda – Rəsmi
Niderlandın “Utrext” klubu Dortmund “Borussiya”sının hücumçusu Sebastian Halleri transfer edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir, 33 yaşlı futbolçu ilə bir illik müqavilə imzalanıb.
Haller əvvəllər 2015-2017-ci illərdə “Utrext”də çıxış edib və ötən mövsümün ikinci yarısını da icarə əsasında bu komandada keçirib.
Ötən mövsüm Erediviziyada 16 oyunda iştirak edən Fil Dişi Sahilindən olan forvard 4 qol vurub və 1 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



