“Borussiya”nın hücumçusu mövsümü rekordla başa vurdu

Dortmund “Borussiya”sının hücumçusu Erlinq Haland Almaniya Bundesliqasında yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, norveçli futbolçu buna mövsümün sonuncu – 34-cü turu çərçivəsində baş tutan “Bayer”lə ev oyununda nail olub.

Komandasının 3:1 hesabıyla qalib gəldiyi görüşdə Haland, dubla imza atıb. Bununla da o, Bundesliqada vurduğu qolların sayını 40-a çatdırıb. Norveç millisinin forvardı Almaniya çempionatında 40 qol vurmağı bacaran ən gənc (20 yaş, 305 gün) futbolçuya çevrilib.

Qeyd edək ki, Haland Bundesliqanın 2020/21 mövsümündə 27 qol vurub. O, ikinci olan “Ayntraxt”ın hücumçusu Andre Silvadan (28) cəmi bir qol az vurub. Ən yaxşı bombardir isə Almaniya çempionatları tarixində bir mövsümdə ən çox qol vurmaq rekorduna sahib çıxan Robert Levandovski olub. “Bavariya”nın hücumçusu bu mövsüm 41 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button