“Borussiya”nın futbolçusu Premyer Liqa klubunda
“Borussiya” (Dortmund) futbolçusu Covanni Reynanı icarəyə verib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki. Dortmund təmsilçisi 21 yaşlı hücumameyilli yarımmüdafiəçini “Nottingem Forest”ə göndərib.
Gənc oyunçu mövsümün ikinci yarısını Premyer Liqa təmsilçisində keçirəcək.
“Borussiya” Covanni Reynanı 2019-cu ilin yayında “Nyu York Siti”nin akademiyasından transfer edib. ABŞ millisinin üzvü bu mövsüm Bundesliqa təmsilçisinin heyətində 14 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin