
“Borussiya”dan ayrıla bilər – Portuqaliyalı futbolçu
“Borussiya”nın (Dortmund) müdafiəçisi Rafael Gerreyro iş yerini dəyişə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, yayda azad agentə çevriləcək futbolçu ilə “Bayern”, “Atletiko” və “Nitsa” maraqlanır.
Portuqaliyalı futbolçu 2016-cı ilin yayından Almaniya klubunda çıxış edir.
O, 2022/23 mövsümündə Dortmund təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 36 oyuna çıxıb, 6 qol vurub və 13 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin