“Borussiya”nın futbolçusu İtaliya klubunda

İtaliyanın “Sassuolo” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi, Dortmund “Borussiya”sından Jeremi Tolyanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi 2019/20 mövsümünü icarə əsasında “Sassuolo”da keçirəcək.

2017-ci ildə “Borussiya”ya transfer olunan Tolyan, son mövsümü icarə əsasında “Seltik”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button