7 il sonra “Borussiya”dan ayrıldı

Almaniya “Borussiya”sının futbolçusu İbrahima Traore klubu tərk edib.

Komanda.az xəbər verir ki, bu barədə Münhenqladbax təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi klubla müddəti bitən müqaviləsini yeniləməyib.

Traore 2014-cü ilin yayından “Borussiya”da çıxış edirdi. O, Münhenqladbax təmsilçisi ilə ümumilikdə 132 oyunda 11 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button