
“Borussiya”nın futbolçusu Bundesliqanın tarixinə düşüb
Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Brandt Bundesliqada 300 oyun keçirən üçüncü ən gənc oyunçu olub.
Komanda.az xəbər verir ki, alman futbolçunun yubiley matçı Almaniya çempionatının 8-ci turunda “Verder”lə oyun (1:0) olub. Futbolçu 300 oyun səddinə 27 yaş 171 günlük yaşında çatıb.
Bu göstəriciyə görə Brandt yalnız Karl-Haynts Kerbel (27 yaş 119 gün) və Eyke İmmeldən (27 yaş 116 gün) geri qalır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin