Sanço üçün daha bir “elçi”

“Borussiya”nın (Dortmund) futbolçusu Ceydon Sanço daha bir klubun diqqət mərkəzinə düşüb.

Komanda.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi ilə Almaniyanın “Bavariya” klubu da maraqlanır. Bu barədə “The Telegraph” nəşri məlumat yayıb. Xəbərdə, Münhen təmsilçisinin Sançonu transfer etmək üçün danışıqlara başlayacağı bildirilib.

Sanço ilə daha əvvəl “Mançester Yunayted” klubunun yaxından maraqlandığı bildirilirdi. İngiltərə mətbuatı “qırmızı şeytanlar”ın gənc futbolçu üçün 90 milyon avro ödəməyə hazır olduğunu yazmışdı.

Sançonun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button