
“Borussiya”nın baş məşqçisinin Del Pyerodan xahişi – FOTO
Dortmund “Borussiya”sının baş məşqçisi Edin Terziç keçmiş italiyalı futbolçu Alessandro Del Pyerodan müsahibədən sonra foto çəkdirməyi xahiş edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Borussiya”nın səfərdə “Atletiko” ilə qarşılaşdığı Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunundan sonra baş verib. Del Pyero müxbir vəzifəsində çalışıb.
“Borussiya” “Atletiko”ya 1:2 hesabı ilə məğlub olub. Cavab matçı aprelin 16-da Almaniyada keçiriləcək.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin