“Borussiya”nın baş məşqçi postuna əsas namizəd odur
“Mançester Yunayted”in keçmiş çalışdırıcısı Erik ten Haq Dortmund “Borussiya”sının baş məşqçisi postuna namizəddir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı mütəxəssisə hazırda “Borussiya”da Nuri Şahinin yerinə potensial əvəzləyici kimi baxılır.
Almaniya klubunun rəhbərliyi hazırkı baş məşqçiyə etibar etməkdə davam edir, ancaq nəticələr yaxşılaşmasa, vəziyyət dəyişə bilər.
Ten Haq ötən il oktyabrın sonunda “qırmızı şeytanlar”ın baş məşqçi postundan qovulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin