
“Borussiya”nı “Borussiya”ya dəyişdi
Almaniyanın “Borussiya” (Dortmund) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, sözügedən klub Münhenqladbax “Borussiya”sından ayrılan Rami Bensebainini heyətinə qatıb.
Əlcəzairdən olan 28 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
Bensebaini 2019-cu ildən Münhenqladbax “Borussiya”sında çıxış edirdi. O, daha öncə “Renn”, “Lyers” və “Monpelye”də də oynayıb. Sol cinah müdafiəçisi Əlcəzair yığmasında 53 oyuna çıxıb, 6 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin