“Borussiya” 1/8 finalda darmadağına üzüldü
Futbol üzrə Almaniya kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.
Dortmund “Borussiya”sı bu mərhələdə 2-ci Bundesliqa təmsilçisi “Sankt-Pauli” komandasıyla qarşılaşıb. Səfərdə baş tutan və üç qolun qeydə alındığı matçda məğlub olan Dortmund təmsilçisi kubokla vidalaşıb.
“Sankt-Pauli” ilə yanaşı, “Hamburq”, “Karlsrue” və “Bohum” komandaları da 1/4 finala vəsiqə qazanıb.
Sonuncu oyun günündə “Hannover” “Borussiya”nı (Mönhenqladbax), “Leyptsiq” “Hanza”nı, “Union Berlin” “Herta”nı, “Qroyter” isə “Hoffenhaym”ı mübarizədən kənarlaşdırıb.
Almaniya kuboku, 1/8 final
18 yanvar
Köln – Hamburq 1:1 (penaltilər 3:4)
Qol: Modeste, 120+1 – Qlatsel, 92.
Münhen 1860 – Karlsrue 0:1
Qol: Vanitsek, 69-pen.
Bohum – Maynts 3:1
Qol: Pantoviç, 56-pen; 59. Louen, 80 – Onisivo, 36.
Sankt-Pauli – Borussiya (Dortmund) 2:1
Qol: Amenyido, 4. Vitsel, 40-öz qapısına – Haland, 58-pen.
19 yanvar
Hannover – Borussiya (Mönhenqladbax) 3:0
Qol: Beyer, 4; 51. Kerk, 36.
Leyptsiq – Hanza 2:0
Qol: Poulsen, 6. Olmo, 82.
Herta – Union Berlin 2:3
Qol: Xedira, 54-öz qapısına. S.Sərdar, 90+5 – Voqlzammer, 11. Ştark, 50-öz qapısına. Knoxe, 55.
Hoffenhaym – Qroyter 1:4
Qol: Şlotterbek, 53 – Qrifo, 10; 35-pen. Şade, 55. Dəmiroviç, 65.
Bizi Facebook-da izləyin