“Borussiya”lı Bundesliqa tarixinə düşdü
Bundesliqanın 23-cü turu çərçivəsində keçirilən “Borussiya” (Dortmund) – “Bayer” matçı, Dortmund təmsilçisinin futbolçusu Ceydon Sanço üçün əlamətdar olub.
Komanda.az xəbər verir ki, 3:2 hesabıyla bitən görüşdə “Borussiya”nın 2-ci qolunun müəllifi olan ingilis futbolçu, Bundesliqada 9-cu, bu mövsüm isə 8-ci qoluna imza atıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Sanço bununla da, Bundesliqa tarixində ən çox qol vuran gənc futbolçu ünvanını qazanıb. Buna qədər Bundesliqa tarixinin ən gənc qolcusu Almaniya millisinin keçmiş üzvü Lukas Podolski idi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin