“Borussiya” Can hayında
“Yuventus”un futbolçusu Əmrə Canın “Borussiya”nın (Dortmund) hədəfində olduğunu xəbər vermişdik.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, artıq tərəflər arasında danışıqlar başlayıb. “Borussiya” 26 yaşlı yarımmüdafiəçi üçün “qoca sinyora”ya 18 milyon avro ödəməyə hazırdır, lakin “Yuventus” bu məbləğin artırılmasını istəyib. Tərəflər arasında danışqlar davam edir. Klublar razılığa gəlsə, Can “Borussiya” ilə 2024-cü ilədək nəzərdə tutulan müqavilə imzalaya bilər.
Bu mövsüm “Yuventus”la 8 oyuna çıxan almaniyalı yarımmüdafiəçinin müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin