![](https://komanda.az/wp-content/uploads/2023/07/G_Nmecha_II_bvbnachrichtenbild_regular-780x470.png)
“Borussiya”dan növbəti transfer
Dortmund “Borussiya”sı “Volfsburq”un futbolçusu Feliks Nmeçanı transfer edib.
Komanda.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb.
Almaniyalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer üçün Dortmund təmsilçisi 30 milyon avrosundan keçib.
22 yaşlı oyunçu yeni klubunda 8 nömrəli forma ilə çıxış edəcək.
Nmeça 2022/23 mövsümündə”Volfsburq”un heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 3 qol vurub, 5 assist edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin