
“Borussiya”dan ayrılan futbolçunun yeni klubu bəlli oldu
Dortmund “Borussiya”sının sabiq futbolçusu Dan-Aksel Zaqadu azad agent kimi “Ştutqart”a keçib.
Komanda.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Fransız müdafiəçi ilə 2026-cı ilin yayına kimi müqavilə imzalanıb.
Zaqadu 2017-ci ildən “Borussiya”da çıxış edirdi. O, Dortmund təmsilçisi ilə Almaniya Bundesliqasında 67, Çempionlar Liqasında 15 matç keçirmişdi. Zaqadunun sabiq klubu ilə müqaviləsi bu yay başa çatmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin