Hummels karyerasını La Liqada davam etdirə bilər

Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummels böyük ehtimalla, karyerasını İspaniyanın “Real Sosyedad” klubunda davam etdirəcək.

Komanda.az xəbər verir ku, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Hummels bu yay Dortmund klubundan azad agent kimi ayrılıb. Daha əvvəl almaniyalı müdafiəçi üçün “Malyorka” və “Brayton”un da mübarizə apardığı bildirilirdi.

35 yaşlı futbolçu ötən mövsüm “Borussiya”nın heyətində 40 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button