“Borussiya”dan 31 milyonluq transfer
Dortmund “Borussiya”sı heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa nəhəngi Niderlandın “Ayaks” klubunun hücumçusu Sebastyen Halleri transfer edib.
Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. Fil Dişi Sahili yığmasının da üzvü olan 28 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalanıb.
Almanlar bu transferə görə “Ayaks”a 31 milyon avro təzminat ödəyəcək. Sebastyen yeni komandasında 9 nömrəli formanı geyinəcək.
Sebastyen Haller 2021-ci ilin yanvarından “Ayaks”da forma geyinirdi. O, bu komandada 66 oyuna 47 qol vurub.
Halleri “Borussiya”ya satan “Ayaks” da gənc forvardı Naci Ünüvarla yeni müqavilə bağlayıb. 19 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin