“Borussiya”da yeni müqavilə

Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Yulian Brandtla müqavilənin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa qədər nəzərdə tutulub.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Əvvəlki müqavilə gələn mövsümün sonunda bitəcəkdi.

Brandt 2019-cu ildən formasını geyindiyi “Borussiya”da 162 oyuna çıxıb. Almaniya millisinin üzvü bu görüşlərdə 29 qol vurub, 30 assist müəllifi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button