“Borussiya”da yeni müqavilə
“Borussiya” (Münhenqladbax) futbolçusu Kristof Kramerlə müqavilənin müddətini uzadıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı almaniyalı futbolçu ilə imzalanan yeni müqavilənin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Kramer 2016-cı ildən “Borussiya”da çıxış edir. O, bu mövsüm komanda ilə Almaniya Bundesliqasında 15 matça çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin