“Borussiya”da yeni müqavilə
Almaniyanın “Borussiya” (Dortmund) klubu yarımmüdafiəçisi Mahmud Dahudla müqavilənin müddətini artırıb.
Komanda.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Yeni müqaviləyə əsasən, 25 yaşlı futbolçu 2023-cü ilin yayına kimi “Borussiya”nın uğurları üçün çalışmağa davam edəcək.
Dahud 2017-ci ildən “Borussiya”da çıxış edir. Suriya əsilli almaniyalı futbolçu ötən mövsüm Bundesliqada meydana çıxdığı 21 matçda 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin