
“Borussiya”da ÇL matçı öncəsi itki
Dortmund “Borussiya”sı ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Marko Roys Almaniya kubokunun 1/4 final mərhələsi çərçivəsində keçirilən “Verder”lə matçda zədələnib. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. Xəbərdə, Roysun durumuna tibbi müayinədən sonra aydınlıq gələcəyi bildirilib. Roys Çempionlar Liqasının 1/8 final mərhələsində “Tottenhem”ə qarşı matçda iştirak etməyə bilər.
“Tottenhem” – “Borussiya” (Dortmund) matçı fevralın 14-də keçiriləcək və saat 00:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin