“Borussiya”da ciddi itki: Mövsümü erkən başa vurdu
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisinin əsas heyət oyunçularından olan Əşrəf Hakimi uzun müddətə sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mərakeşli futbolçu son turda “Volfsburq”a qalib gəldikləri (2:0) oyunda zədələnib. Ayağı qırılan futbolçunun bu mövsüm bir daha meydana çıxa bilməyəcəyi bildirilir.
Madrid “Real”ından icarəyə götürülən 21 yaşlı futbolçu tezliklə İspaniyada əməliyyat olunacaq. Onun növbəti mövsümdən yaşıl meydanlara qayıdacağı ehtimal olunur.
Hakimi, “Volfsburq”la matçın 49-cu dəqiqəsində zədələnərək meydanı tərk etmək məcburiyyətində qalmışdı. Maraqlıdır ki, onu əvəz edən Abdu Diallo da 74-cü dəqiqədə zədələnərək əvəzlənmişdi.
Bizi Facebook-da izləyin