“Borussiya”da ciddi itki
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Bundesliqa nəhənginin yarımmüdafiəçisi Torqan Azar sıradan çıxıb.
O, Braunşveyq “Ayntraxt”ı ilə kubok matçında zədələnib. Əzələsində problem yaranan futbolçunun bir neçə həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu barədə Dortmund klubunun mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, 27 yaşlı futbolçu zədədən yenicə qayıtmışdı. Belçikalı yarımmüdafiəçinin dəqiq nə vaxt sıraya dönəcəyi bilinmir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin