“Borussiya”da ciddi itki – 3 ay olmayacaq
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Marko Roys sıradan çıxıb. 30 yaşlı futbolçunun bud əzələsindən zədələndiyi və təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu da Roysun mövsümü erkən tamamlaması mənasına gəlir.
Koronavirus səbəbiylə dayandırılan Almaniya Bundesliqası keçən həftə bərpa olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin