“Borussiya”da beş ayrılıq
Almaniyanın “Borussiya” (Dortmund) klubu beş futbolçusu ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi bu barədə rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, müdafiəçilər Rafael Gerrero, Feliks Passlak, yarımmüdafiəçi Mahmud Dahud, hücumçu Antoni Modeste və qapıçı Luka Unbehaun komandanı tərk edib. Onların klubla müqaviləsinin müddəti mövsümün sonunda başa çatır. Dortmund təmsilçisi sözügedən futbolçularla yeni müqavilə bağlamaq istəməyib.
Xatırladaq ki, “Borussiya” mövsümün son turunda “Maynts”la ev oyununda (2:2) xal itirməklə çempionluğu əldən verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin