“Borussiya”da 8 milyon avroluq yeni futbolçu
Almaniyanın “Borussiya” (Münhenqladbah) klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Brest” klubundan sağ cinah vingeri Frankt Honoratı transfer edib.
Almaniya klubu bu transfer üçün Liqa 1 təmsilçisinə 8 milyon avro ödəyib. 26 yaşlı fransız futbolçu ilə də 5 illik müqavilə imzalanıb.
“Nitsa”nın yetirməsi olan futbolçu ölkəsində “Soşo”, “Klermon”, “Sent Etyen” kimi klubların da formasını geyinib. 2020-ci ildən “Brest”də çıxış edən vinger bu komandada 109 oyunda 25 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin