“Borussiya” 28 milyon avroluq müqavilə imzalayacaq

Dortmund “Borussiya”sı idman geyimləri istehsalçısı “Puma” şirkəti ilə yeni sponsorluq müqaviləsi imzalamağa hazırlaşır.

Komanda.az “Get German Football News”-a istinadən xəbər verir ki, tərəflər 2034-cü ilə qədər davam edəcək uzunmüddətli əməkdaşlıq barədə razılığa gəlməyə yaxındırlar.

Yeni müqaviləyə əsasən, Dortmund təmsilçisi “Puma”dan illik sabit olaraq 28 milyon avro gəlir əldə edəcək. Klubun nəticələrindən asılı olaraq, bu məbləğ bonuslarla birlikdə 30-35 milyon avroya qədər arta bilər.

Bundesliqada ən böyük sponsorluq gəliri hələ də “Bayern”ə məxsusdur. Münhen təmsilçisi illik 60 milyon avro məbləğində gəliri “Adidas” şirkəti ilə olan müqavilədən əldə edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button