Almaniya klubu “Çelsi”nin müdafiəçisi üçün təklif hazırlayır
Dortmund “Borussiya”sı “Çelsi”nin müdafiəçisinin transferi üçün ilk təklifi hazırlayır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət ötən mövsümün ikinci yarısını “Borussiya”da icarə əsasında keçirən Yan Matsendən gedir. Belə ki, Almaniya klubundan ilk təklif 25 milyon avro civarında olacaq. “Çelsi” müdafiəçisinin transferi üçün müqavilədə təzminat olaraq göstərilən 35 milyon avro tələb edir.
Matsen ötən mövsüm “Borussiya”nın əsas müdafiəçisi olub. 22 yaşlı niderlandlı futbolçu 16 matçda 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin