“Bayern”dən darmadağın

Futbol üzrə Almaniya Bundesliqasında 30-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutub.

“Maynts” – “Ştutqart” matçında qapılara qol vurulmayıb. “Auqsburq” evdə “Herta”ya, Mönxenqladbax “Borussiya”sı isə “Köln”ə məğlub olub.

Dortmund “Borussiya”sı bu turda “Volfsburq”u qonaq edib. Meydan sahibləri bu görüşdə darmadağına imza atıblar. “Frayburq” da “Bohum”la ev oyunundan 3 cavabsız qolla qalib ayrılıb.

Bazar günü daha dörd qarşılaşma baş tutub. “Hoffenhaym” – “Qroyter” matçında qapılara qol vurulmayıb. Üç qolun qeydə alındığı “Yunion” – “Ayntraxt” matçında meydan sahibləri qələbə qazanıblar. “Bayer” evdə “Leyptsiq”ə minimal hesabla uduzub.

Çempionlar Liqasında “Vilyarreal”a uduzmaqla mübarizəni dayandıran “Bayern” isə səfərdə “Arminiya” ilə qarşılaşıb. Münhen təmsilçisi bu oyunda darmadağına sevinib.

Almaniya Bundesliqası, 30-cu tur

16 aprel

Auqsburq – Herta 0:1
Qol
: S.Sərdar, 49.

Borussiya D – Volfsburq 6:1
Qol
: Rote, 24. Vitsel, 26. Akanji, 28. Ə.Can, 35. Haland, 38; 54 – Baku, 81.

Maynts – Ştutqart 0:0

Frayburq – Bohum 3:0
Qol
: Kubler, 5. Sallai, 16; 53.

Borussiya M – Köln 1:3
Qol
: Embolo, 85 – Modeste, 5. Kaynts, 20. Lyubiçiç, 34.

17 aprel

Arminiya – Bayern 0:3
Qol
: Laursen, 10-öz qapısına. Qnabri, 45+7. Musiala, 85.

Yunion – Ayntraxt 2:1
Qol
: Avoniyi, 17. Promel, 21.

Hoffenhaym – Qroyter 0:0

Bayer – Leyptsiq 0:1
Qol
: Soboslai, 69.

Bombardir: Robert Levandovski (Bayern) – 32 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button