Finalda uduzan baş məşqçiyə yeni müqavilə təklif ediləcək

Dortmund “Borussiya”sının rəhbərliyi baş məşqçi Edin Terziçə yeni müqavilə təklif etməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı da komandada işinə davam etməyə razıdır. Baxmayaraq ki, əvvəllər mətbuat onun postunu tərk etmək niyyətində olduğunu yazmışdı.

“Borussiya” iyunun 1-də Çempionlar Liqasının finalında “Real”a 0:2 hesabı ilə uduzub.

Terziç 2022-ci ilin iyulundan “Borussiya”nı çalışdırır. 41 yaşlı mütəxəssisin klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button