“Borussiya” tələb etdi, MY razılaşdı
Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Ceydon Sançonun bir neçə klubun transfer hədəfində olduğunu xəbər vermişdik.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Mançester Yunayted” 19 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. “Qırmızı şeytanlar”ın futbolçunun transferi üçün “Borussiya” rəsmiləri ilə görüşdüyü və təzminat məbləği olan 100 milyon avronu ödəməyə hazır olduğu bildirilir.
Sanço ilə “Yuventus” və “Real”ın da yaxından maraqlandığı deyilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin