“Borussiya” Sançoya qiymət qoydu
Dortmund “Borussiya”sı futbolçusu Ceydon Sançoya qiymət qoyub.
Komanda.az “Bild”ə istinadən xəbər verir ki, Bundesliqa təmsilçisi 20 yaşlı yarımmüdafiəçini 130 milyon avrodan aşağı qiymətə satmağı planlaşdırmır.
Bildirilib ki, Sanço növbəti mövsüm də Çempionlar Liqasında oynamaq istəyir. Ancaq onunla maraqlanan “Mançester Yunayted” və “Çelsi”nin ÇL-ə vəsiqə qazanıb-qazanmayacağı hələlik məlum deyil.
Bundan başqa, onun “Borussiya”da xoşbəxt olduğu vurğulanıb. Sançonun növbəti mövsüm də Almaniyada qalacağı istisna edilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin