120 milyon avro qiymət qoyulan futbolçuyla bağlı plan dəyişdi
Almaniyanın “Borussiya” (Dortmund) klubunun yarımmüdafiəçisi Ceydon Sanço komandadan ayrıla bilər.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, klub futbolçunun cari mövsümün sonunda ayrılmasına mane olmayacaq. Dortmund klubu futbolçunun təzminat məbləğini də endirib. Buna səbəb klubun maliyyə problemləridir.
Hazırda “Borussiya” Sanço üçün 100 milyon avro tələb edir. Əvvəl bu rəqəm 120 milyon avro idi.
Sançonun “Borussiya” ilə müqaviləsi 2023-cü ilin yayınadək nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin