“Çelsi”, “Liverpul” və MY yayı gözləyəcək
Almaniyanın “Borussiya” (Dortmund) klubu hücumçusu Ceydon Sanço ilə bağlı qərarını verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, almanlar 19 yaşlı futbolçunu yayda satmağa razıdır. “Borussiya” gənc futbolçu üçün 140 milyon avro tələb edir. Sanço hazırkı formasında qalsa, yay transfer dövründə təzminat qiyməti qalxa da bilər.
İngiltərənin “Mançester Yunayted”, “Çelsi” və “Liverpul” klublarının Sanço üçün bu məbləği ödəməyə hazır olduğu bildirilir.
“Borussiya” ilə müqaviləsi 2022-ci ilin iyulunadək nəzərdə tutulan ingiltərəli futbolçu, cari mövsümdə iştirak etdiyi 33 oyunda 17 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin